İsrail Müdafiə Qüvvələri İran ərazisinə 3400 zərbə endirdiyini açıqlayıb
Operativ Media
28 fevraldan bəri İsrail tərəfindən İran ərazisinə 3400-dən çox zərbə endirilib və İrandakı hədəflərə 7500 sursat atılıb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Efi Defrin brifinq zamanı bildirib.
"Əməliyyatın bir hissəsi olaraq, biz İran ərazisində 3400-dən çox zərbə endirdik və 150-dən çox İran hava hücumundan müdafiə sistemini sıradan çıxardıq", - deyə o bildirib.
Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri indiyə qədər İran ərazisindəki hədəflərə təxminən 7500 sursat atıb.