Menyu

Livanda ölənlərin sayı artıb

Operativ Media
Livanda ölənlərin sayı artıb
1 dəq oxu

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı artıb.

Operativ Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin martın 2-dən bu yana ölkəyə həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayının 100 nəfər artaraq 394-ə çatıb" , - məlumatda qeyd edilib.

Nazirliyin sözlərinə görə, hücumlar nəticəsində yaralananların sayı isə 1130 nəfərə yüksəlib.

Qeyd edək ki, İsrail ordusu hücumların “Hizbullah”ın raket atəşinə cavab olaraq həyata keçirildiyini açıqlayıb.

Əlaqəli Xəbərlər