Menyu

İran XİN rəhbəri: ABŞ ərazisini vura biləcək raket hazırlamırıq

Operativ Media
İran XİN rəhbəri: ABŞ ərazisini vura biləcək raket hazırlamırıq

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ lideri Donald Trampın Tehranın yaxın gələcəkdə ABŞ ərazisinə çata biləcək uzaqmənzilli raket proqramını inkişaf etdirməyə davam etməsi barədə iddialarını təkzib edib.

Operativ Media xəbər verir ki, Əraqçı "NBC News" telekanalına müsahibəsində bildirib:

"Bu, həqiqət deyil, yanlış məlumatdır. Bizim uzaqmənzilli raketlər istehsal etmək imkanımız var, lakin təhdid olaraq qəbul edilməməyimiz üçün uçuş məsafəsini qəsdən 2 min kilometrə qədər məhdudlaşdırmışıq. İranın uzaqmənzilli raketlər, o cümlədən ABŞ ərazisinə çata biləcək raketlər yaratmaq niyyətində olduğunu göstərən heç bir sübut və ya kəşfiyyat məlumatı yoxdur".

Əlaqəli Xəbərlər