Menyu

Donald Tramp: İranın yeni ali rəhbəri ABŞ-ın razılığını almasa, hakimiyyətdə qala bilməz

Operativ Media
Donald Tramp: İranın yeni ali rəhbəri ABŞ-ın razılığını almasa, hakimiyyətdə qala bilməz

ABŞ lideri Donald Tramp İranın növbəti ali rəhbərinə hədə-qorxu gələrək bildirib ki, namizədliyi Birləşmiş Ştatlar tərəfindən təsdiqlənməsə, o, "uzun müddət hakimiyyətdə qala bilməyəcək".

Operativ Media xəbər verir ki, o, bu haqda "ABC News" telekanalına müsahibəsində deyib.

"O, bizdən razılıq almalıdır. Əgər bizdən razılıq almasa, uzun müddət tab gətirə bilməyəcək", - deyə o, qeyd edib.

İranın xarici işlər naziri Abbas Araqçı isə bazar günü "NBC News" telekanalına müsahibəsində bildirib ki, İranın yeni ali rəhbərinin seçilməsi yalnız İran xalqının daxili işidir və heç kəsin bu prosesə müdaxilə etmək ixtiyarı yoxdur.

Daha əvvəl ölkənin yeni ali rəhbərinin seçilməsinə cavabdeh olan İranın Ekspertlər Şurasının üzvü Əhməd Ələmülhuda seçkilərin başa çatdığını və yeni rəhbərin müəyyən edildiyini açıqlamışdı.

Əlaqəli Xəbərlər