İranın yeni ali dini lideri seçilib – soyadı Xamenei olacaq
Operativ Media
"İranın yeni ali dini liderinin soyadı, bir neçə gün əvvəl vəfat etmiş Ayətullah Əli Xamenei ilə eyni olacaq.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin yeni liderinin seçilməsində iştirak edən Ekspertlər Şurasının üzvü məlumat verib.
'Biz yeni lideri seçmişik', - deyə "Al Hadath" telekanalının sitat gətirdiyi şura üzvü bildirib. O, əlavə edib ki, yeni ali liderin də soyadı Xamenei olaraq qalacaq.
Son vaxtlara qədər vəfat etmiş dini lider Əli Xameneinin oğlu Müctəba Xameneinin yeni lider postu üçün ən ehtimal olunan namizəd olduğu hesab edilirdi. Şənbə günü İrana edilən bombardmanlardan biri nəticəsində Müctəba Xameneinin yaralandığı barədə məlumatlar yayılıb.