Mbappe Fransa millisinin yeni kapitanı oldu
Əziz Əzizli
PSJ-nin hücumçusu Kilian Mbappe Fransa millisinin yeni kapitanı olub.
"Operativ Media" L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu baş məşqçi Didye Deşam tərəfindən Fransa millisinin kapitanı seçilib. Fransanın əvvəlki kapitanı komandanın Argentina ilə dünya çempionatının finalında məğlubiyyətindən sonra karyerasını başa vurduğunu açıqlayan qapıçı Uqo Lloris idi.
Kilian Mbappe kapitan sarğısı ilə ilk oyununa Avro-2024-cü seçmə mərhələsi çərçivəsində martın 24-də Niderlanda qarşı matçda çıxacaq.
Mbappe 2017-ci ildən Fransa millisində çıxış edir. Bu müddət ərzində o, millinin heyətində 66 oyuna çıxıb və 36 qol vurub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net