Menyu

Fransa Livandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Operativ Media
Fransa Livandakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

Fransa İsrailin hərbi əməliyyatları fonunda Livandakı vəziyyətin pisləşməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

"Vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib", - deyə xarici siyasət idarəsinin rəhbəri yazıb.

Onun sözlərinə görə, rəsmi Paris Livan xalqına yardım proqramı çərçivəsində "humanitar təşkilatlara 6 milyon avro vəsait ayırıb, həmçinin 20 ton humanitar yardım göndərib".

Barro vurğulayıb ki, Fransa atəşkəsə nail olmaq və şiə hərəkatı olan "Hizbullah"ın tərk-silah edilməsi üçün İsrail və Livanla təmasları davam etdirir.

Əlaqəli Xəbərlər