http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

MN: Növbəti "Komando başlanğıc kursu" başa çatıb

21 Mart 2023 , 13:54
MN: Növbəti "Komando başlanğıc kursu" başa çatıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən ordu sıralarında xidmət edən hərbi qulluqçuların hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin daha da artırılması istiqamətində görülən işlər davam edir.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, cari ilin döyüş hazırlığı planına uyğun olaraq, növbəti "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasimdə çıxış edənlər məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdıraraq hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışıb, komandolara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Məzunlara sertifikatlar təqdim olunduqdan sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub, xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib

XƏBƏR LENTİ
  • 11:51

    Luka Modriç daha bir mövsümü "Real"da keçirmək istəyir
  • 11:46

    Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
    Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
  • 11:41

    Çində sel və torpaq sürüşmələri nəticəsində ölən və yaralananlar var
  • 11:37

    Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb
    Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb
  • 11:17

    Nərimanovda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
  • 11:13

    AMB-nin direktoru ASK prezidentinin müşaviri vəzifəsinə təyinat alıb
  • 11:08

    Azərbaycanda piyada vurma hadisələrinin sayı azalıb
  • 11:04

    Milli Məclisin növbəti iclası başlayıb
    Milli Məclisin növbəti iclası başlayıb
Menyu