Qazaxıstanda süni intellektlə işləyən tikinti nəzarəti pilot layihəsinə başlanılıb
Şəfa Hüseynli
Astanada tikinti işlərinin gedişatını izləmək üçün süni intellekt texnologiyaları tətbiq edilib.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazirin müavini və süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.
Onun sözlərinə görə, 2026-2027-ci illər üçün təsdiq edilmiş planın icrası çərçivəsində agentlik hər bir müəssisənin öz rəqəmsal pasportunu aldığı vahid rəqəmsal ekosistem yaratmağa imkan verəcək profilaktik nəzarət aləti hazırlayır.
Layihənin ilin sonuna qədər genişləndirilməsi planlaşdırılır.