Azərbaycan vətəndaşları da daxil 74 əcnəbi Gürcüstandan deportasiya edilib
Şəfa Hüseynli
Son günlərdə görülən tədbirlər nəticəsində 74 xarici vətəndaşı Gürcüstandan deportasiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Belarus, Misir, Türkmənistan, Hindistan, İordaniya, Nigeriya, Rusiya, Ermənistan, Özbəkistan, Qazaxıstan, Çexiya, Çin və Türkiyənin 74 vətəndaşı ölkədən çıxarılıb.
Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.