İsrail ordusu Qəzzanın cənubunda üç silahlı radikalı məhv edib
Şəfa Hüseynli
İsrail qüvvələri Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında yeraltı terrorçu tunelləri və bunkerlərinin axtarışı üzrə əməliyyat zamanı üç silahlı fələstinli radikalı öldürüb.
Operativ Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: "Qoşunlar Rəfah ərazisində yeraltı terrorçu obyektlərini məhv etmək əməliyyatlarını davam etdirir. Əsgərlər terrorçu infrastrukturunun yerini müəyyən etmək üçün keçirilən əməliyyat zamanı üç terrorçunu öldürüblər".