Menyu

DİM tərəfindən SAT imtahanı keçiriləcək

Operativ Media
DİM tərəfindən SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 14-də bu Mərkəzin hər iki ünvanında eyni vaxtda rəqəmsal SAT imtahanı keçirəcək.

DİM-dən Operativ Media-ya bildirilib ki, imtahanda iştirak edəcək namizədlərdən qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirmələri və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşmaları xahiş olunur.

İmtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıda göstərilən sənəd və vasitələrlə birlikdə olmalıdırlar:

-Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

-Buraxılış vərəqəsi (Admission Ticket);

-“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.

İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, onun imtahana buraxılması mümkün olmayacaq.

Qeyd edək ki, martın 14-də SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.

Növbəti SAT imtahanlarının DİM-in hər iki binasında mayın 2-si və iyunun 6-da keçirilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər