Menyu

Ukrayna Milli Qvardiyasında hücum alayları və pilotsuz sistem alayları yaradılacaq

Xəbərlər redaksiyası
Ukrayna Milli Qvardiyasında hücum alayları və pilotsuz sistem alayları yaradılacaq

Ukrayna Milli Qvardiyası hücum alayları, pilotsuz sistem alayları və hava məkanını örtmə alayı yaradacaq.

Operativ Media xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko özünün Telegram kanalında bildirib.

"Bu gün Ukrayna Milli Qvardiyasının korpusu daxilində pilotsuz sistem alayları, hücum alayları və ayrıca hava məkanını örtmə alayının yaradılması barədə əmr imzaladım", - Klimenko yazıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ərazi Müdafiə Qüvvələrinə zenit-raket bölmələrinin və iri çaplı artilleriya bölmələrinin daxil edildiyini elan etmişdi.

Əlaqəli Xəbərlər