Hörmüz boğazı ABŞ və İsrailə bağlı bütün gəmilər üçün bağlanıb
Operativ Media
Hörmüz boğazı ABŞ və İsraillə əlaqəli bütün gəmilər üçün bağlanıb.
Operativ Media xəbər verir ki, bu barədə İran İslam Keşikçiləri Briqadasının (SEPAH) yaydığı məlumatda qeyd olunur.
SEPAH dəniz qüvvələrinin komandanı, kontr-admiral Əlirza Tangsiri bildirib ki, Hörmüz boğazı ABŞ və İsrailə gedən bütün gəmilər üçün bağlıdır.
"Müharibənin əvvəlində biz bildirdik və bir daha bildiririk ki, İrana hücum edənlərlə əlaqəli heç bir gəminin Hörmüz boğazından keçmək hüququ yoxdur. Əgər şübhəniz varsa, gedib yoxlayın", - deyə o, X-də yazıb.