Menyu

Ukrayna nümayəndə heyəti dron sazişinin müzakirəsi üçün Yaxın Şərqə yola düşüb

Şəfa Hüseynli
Ukrayna nümayəndə heyəti dron sazişinin müzakirəsi üçün Yaxın Şərqə yola düşüb
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun PUA-lara qarşı mübarizədə əməkdaşlığı müzakirə etmək üçün Yaxın Şərqə yollandığını bəyan edib.

Operativ Media xəbər verir ki, Ukrayna lideri bu barədə öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət nümayəndə heyəti konkret sazişlər hazırlayacaqlar.

Əlaqəli Xəbərlər