Menyu

Avstraliya BƏƏ-nin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə hərbi qüvvə göndərir

Şəfa Hüseynli
Avstraliya BƏƏ-nin təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqə hərbi qüvvə göndərir

Avstraliya hökuməti Birləşmiş Ərəb Əmirliklərinin xahişi ilə Fars körfəzi bölgəsində təhlükəsizliyi gücləndirmək üçün Yaxın Şərqə hərbi qüvvə göndərəcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Entoni Albanese rəsmi açıqlamasında bildirib.

Müdafiə missiyası çərçivəsində bölgəyə müasir kəşfiyyat təyyarəsi, hava raketləri və 85 təcrübəli hərbçinin göndəriləcəyi bildirilib. Hökumət başçısı qeyd edib ki, bu tədbirlər BƏƏ-ni mümkün təhlükədən qorumağa yönəlib, yalnız müdafiə xarakteri daşıyır və yaşıl qitənin hərbi münaqişəyə qoşulacağı anlamına gəlmir.

Təxminən dörd həftə davam etməsi planlaşdırılan missiyanın digər məqsədi Yaxın Şərqdəki Avstraliya vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir. Münaqişə zamanı bölgədə olan 115.000 avstraliyalıdan təxminən 24.000-nin BƏƏ-də yaşadığı deyilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər