Menyu

Rumıniyanın polistirol fabrikində güclü yanğın baş verib

Şəfa Hüseynli
Rumıniyanın  polistirol fabrikində güclü yanğın baş verib
1 dəq oxu

Rumıniyanın qərbindəki Arad şəhərində polistirol zavodunda böyük yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Antena 3" məlumat yayıb.

Yanğın Aradul-Nou rayonunda baş verib. Yanğınsöndürənlər hadisə yerinə gəlib və alovu söndürməyə başlayıb. Yanğın təxminən 1500 kvadrat metr ərazini əhatə edib. Yerli sakinlər hadisə ilə bağlı bildirişlər, o cümlədən güclü tüstü barədə xəbərdarlıq alıblar.

Yanğınsöndürənlər hələ də yanğının qarşısını almaq üçün çalışırlar. Tələfat barədə məlumat verilməyib.

Əlaqəli Xəbərlər