ADY: Naxçıvan MR-də dəmir yolu xəttinin yenidən qurulması davam edir
Operativ Media
ADY Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin tikintisini davam etdirir.
Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Layihə çəriçivəsində 10 stansiyanın yenidən qurulması, 814 mühəndis qurğusunun, o cümlədən 29 körpü, 4 tunel və 12 qalereyanın inşası nəzərdə tutulur.
Bu dəmir yolu xətti Zəngəzur dəhlizinə qoşularaq həm Azərbaycanın əsas hissəsinin Naxçıvan MR ilə birbaşa quru əlaqəsini, həm də Orta Dəhliz və Şimal-Cənub marşrutunun mühüm seqmenti olaraq Türkiyə və Avropa bazarlarına çıxışı təmin edəcək.