Menyu

Dubayda xəsarət almış Azərbaycan vətəndaşı evə buraxılıb

Operativ Media
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı evə buraxılıb

Yaxın Şərqdə hərbi eskalasiyanın ilk günlərində Dubay şəhərində xəsarət almış və xəstəxanaya yerləşdirilmiş Azərbaycan Respublikası vətəndaşının müalicəsi yekunlaşıb və o, bu gün xəstəxanadan buraxılıb. 

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb.

"Dubay şəhərindəki Baş konsulluğumuz vətəndaşımızı və ailə üzvünü hava limanına yola salıb. Vətəndaşın bu gün Dubay şəhərindən müntəzəm reyslə ölkəmizə geri qayıdışı nəzərdə tutulur". - məlumatda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər