Rusiya Prezidenti Vladimir Putin BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefonla danışıb.
Operativ Media xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Liderlər İran və ərəb ölkələri üçün ağır nəticələrə səbəb olan Fars körfəzi bölgəsindəki vəziyyəti müzakirə ediblər. Rusiya prezidenti Yaxın Şərqdə münaqişənin eskalasiyasının qarşısının alınmasının və danışıqlar yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.