Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşları Bəhreyn və ABŞ-dən ekstradisiya edilib
Şəfa Hüseynli
İnterpolun Daşkənd və Manamadakı Milli Mərkəzi Büroları arasında əməkdaşlıq nəticəsində axtarışda olan şəxslər Bəhreyn Krallığından Özbəkistana ekstradisiya edilib.
Operativ Media xəbər verir ki, bu barədə "Uza" məlumat yayıb.
Bildirilib ki, qeyd edilən şəxslər hüquq-mühafizə orqanları tərəfindən dələduzluğa görə beynəlxalq axtarışa verilib.
Eyni zamanda, ABŞ səfirliyi ilə əməkdaşlıq çərçivəsində Özbəkistandakı İnterpolun Milli Mərkəzi Bürosuna məlumat verilməsi çərçivəsində aparılan birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda oğurluq törətdiyinə görə axtarışda olan Özbəkistan vətəndaşı deportasiya edilib.
İnterpolun Milli Mərkəzi Bürosunun məlumatına görə, gətirilən şəxslər qanuni cəza ilə üzləşəcəklər.