Menyu

Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib

Operativ Media
Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və oradan əldə ediləcək məlumatların dairəsi təsdiqlənib

"Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi" təsdiq edilib.

Operativ Media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq əldə edilir.

Əlaqəli Xəbərlər