Menyu

“TikTok”da əxlaq normalarına uyğun olmayan məzmun yayan şəxs saxlanılıb

Operativ Media
“TikTok”da əxlaq normalarına uyğun olmayan məzmun yayan şəxs saxlanılıb

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

Operativ Media-nın məlumatına görə, “TikTok” platformasında əxlaq normalarına zidd məlumatlar yaydığına görə “Şiva” adlı səhifəni idarə edən 35 yaşlı Hüseyn Məmmədov polis tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib.

Müvafiq qərarla H.Məmmədov inzibati qaydada həbs edilib.


Əlaqəli Xəbərlər