Menyu

Londonda İranı dəstəkləyən yürüş qadağan edilib

Operativ Media
Londonda İranı dəstəkləyən yürüş qadağan edilib

Böyük Britaniya polisi Londonda martın 15-də keçirilməsi planlaşdırılan İranı dəstəkləyən yürüşü qadağan edib.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qərar İranla bağlı müharibə fonunda son dərəcə gərgin vəziyyət və əks etirazların yaranma riski ilə əsaslandırılıb.

Söhbət hər il keçirilən “Əl-Qüds” yürüşündən gedir. Bu tədbir İslam İnsan Haqları Komissiyası tərəfindən təşkil olunur. Polis bildirib ki, təşkilat İranın dini rəhbərliyini dəstəkləyən mövqe nümayiş etdirir.

Böyük Britaniyada etiraz aksiyalarının qadağan olunması üçün hüquqi hədd olduqca yüksəkdir. Polis qeyd edib ki, bu səlahiyyətdən son 14 ildə ilk dəfə istifadə olunur. Hüquq-mühafizə orqanları ictimai asayişin pozulması riskini “ciddi” kimi qiymətləndirib.

Qadağa daxili işlər naziri Şabana Mahmudun təsdiqi ilə qüvvəyə minib. Bu qərar yalnız yürüşə deyil, eyni zamanda, ona qarşı təşkil oluna biləcək bütün əks etiraz aksiyalarına da şamil olunur.

Əlaqəli Xəbərlər