Menyu

Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq olunub

Operativ Media
Kaliforniyada İran PUA-ları ilə bağlı xəbərdarlıq olunub

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının polis idarələrinə İranın pilotsuz uçuş aparatları (dronlar) ilə mümkün hücum təhlükəsi barədə xəbərdarlıq göndərib.

Operativ Media-nın məlumatına görə, bu barədə ABC telekanalı məlumat yayıb.

Xəbərdarlıq bir neçə gün əvvəl ştatın polis strukturları arasında paylaşılıb.

Sənəddə bildirilir ki, 2026-cı ilin fevral ayından etibarən İran ABŞ-ın Qərb sahillərinə, xüsusilə Kaliforniyada müəyyən edilməmiş hədəflərə qarşı dron hücumu həyata keçirməyə cəhd edə bilər.

Telekanal qeyd edir ki, bu hücumların naməlum gəmidən buraxılan dronlar vasitəsilə reallaşa biləcəyi ehtimal olunur və belə bir ssenari ABŞ-ın İrana qarşı hərbi zərbə endirməsi halında mümkün hesab edilir.

Əlaqəli Xəbərlər