İsrail Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirib
Operativ Media
İsrailin Müdafiə Ordusu Livanda "Hizbullah"ın obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, buraxılışa hazır olan onlarla qurğu aşkarlanaraq məhv edilib, həmçinin İsrailə hücuma hazırlaşan "Hizbullah" yaraqlıları zərərsizləşdirilib.
Mətbuat xidməti qeyd edib ki, ordu 30 dəqiqə ərzində Dahiya ərazisində kəşfiyyat qərargahı, "Radvan" bölməsinin qərargahı və digər komanda mərkəzləri də daxil olmaqla 10 obyektə zərbə endirib.