Bolqarıstan və Yunanıstanın Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayır
Şəfa Hüseynli
Bolqarıstan və Yunanıstanın Hərbi Hava Qüvvələri birgə təlim uçuşlarına başlayır.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Uşuşlar Bolqarıstanın hava məkanında keçiriləcək.
Bildirilib ki, müdafiə nazirinin fərmanına əsasən, iki Yunanıstan F-16 “Fighting Falcon” qırıcısının ekipajları və standart silahları ilə birlikdə Bolqarıstana daxil olmasına icazə verilib. Zərurət yarandıqda, təyyarələrə dəstək üçün 50-yə qədər hərbi qulluqçu da ölkəyə gələ biləcək.
Nazirlik qeyd edib ki, birgə uçuşların məqsədi hava məkanının monitorinqini və mühafizəsini gücləndirməkdir və təlimlər hər hansı hərbi əməliyyat xarakteri daşımır.