Menyu

Rusiya Azərbaycan vasitəsilə İrana 13 ton dərman göndərəcək

Operativ Media
Rusiya Azərbaycan vasitəsilə İrana 13 ton dərman göndərəcək

Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi İran üçün nəzərdə tutulan dərmanları Azərbaycana çatdıracaq.*

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti TASS agentliyinə məlumat verib.

Məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun tapşırığı ilə nazirliyin aviasiyası dərmanların Azərbaycan Respublikasına daşınmasını təşkil edib. Dərmanlar daha sonra İran İslam Respublikasının hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək.

Humanitar yardım çərçivəsində ümumilikdə 13 ton dərman çatdırılması nəzərdə tutulur.


Əlaqəli Xəbərlər