Menyu

İraq Kürdüstanındakı İtaliya hərbi bazası bombalanıb

Şəfa Hüseynli
İraq Kürdüstanındakı İtaliya hərbi bazası bombalanıb

İraq Kürdüstanının Ərbil şəhərindəki İtaliya hərbi bazası bombalanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Əvvəlcə bazanın raketlə vurulduğu barədə məlumat yayılsa da, İtaliya Müdafiə Nazirliyi daha sonra hərbi obyektə pilotsuz təyyarənin hücum etdiyini bildirib.

Hadisə nəticəsində heç kim xəsarət almayıb. Bir hərbi nəqliyyat vasitəsi məhv edilib.

Agentlik İtaliya Müdafiə Nazirliyinin məlumatına istinadən bildirib ki, "Heç bir italyan əsgəri yaralanmayıb və ya ölməyib. Hamı yaxşıdır".

Baza komandiri polkovnik Stefano Pizzottinin sözlərinə görə, əsgərlər bölgədəki təhlükələr barədə xəbərdarlıq edilib və hadisədən əvvəl bunkerə yerləşiblər.

Əlaqəli Xəbərlər