İran Marşal adaları bayrağı altında üzən "Safe Sia" tankerinə hücum edib
Şəfa Hüseynli
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzinin şimalında Marşal adaları bayrağı altında üzən "Safe Sia" tankerinə zərbə endirildiyini elan edib.
Operativ Media xəbər verir ki, bu barədə İran Dövlət televiziyası məlumat yayıb.
"Bu gün ABŞ-yə məxsus Marşal adaları bayrağı altında üzən və Amerika ordusunun aktivi olan "Safe Sia" tankeri İİKK Hərbi Dəniz Qüvvələrinin xəbərdarlıqlarına məhəl qoymadıqdan sonra Fars körfəzinin şimalında atəşə tutulub". - məlumatda qeyd edilib.
İİKK vurğulayıb ki, Hörmüz boğazından keçmək istəyən bütün gəmilər İran hakimiyyəti tərəfindən elan edilmiş qaydalara əməl etməlidirlər.