İsrail Müdafiə Qüvvələri İranın Taleqan nüvə mərkəzinə zərbə endirib
Şəfa Hüseynli
İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrandakı Taleqan nüvə mərkəzinə hücum edib.
Operativ Media xəbər verir ki, bu barədə agentliyin Teleqram kanalında məlumat verilib.
"Son günlərdə Tehranda həyata keçirilən bir sıra zərbələrin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən İranın nüvə proqramının əlavə bir sahəsi olan Taleqanı vurub. Bu zərbə İranın nüvə ambisiyalarını daha da zəiflətməyə yönəlmiş bir sıra əməliyyatların bir hissəsidir", - deyə İMQ-nin bəyanatında bildirilir.