Ötən ay OPEC-in sutkalıq neft hasilatı 29,6 milyon barrel olub
Operativ Media
Fevralda Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı yanvar ayına nisbətən təxminən 340 min barel artaraq gündəlik 29 milyon 630 min barel təşkil edib.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə 40 min barel artaraq sutkada 5 milyon 750 min barrel olub. Bununla da, fevralda OPEC-in sutkalıq tədarükü ümumilikdə 35 milyon 380 min barrel təşkil edib.