"Arsenal"ın yaponiyalı müdafiəçisi sıradan çıxdı
Nərmin Qocamanlı
İngiltərənin "Arsenal” klubu yaponiyalı müdafiəçisi Takehiro Tomiyasunu uzun müddətə itirib.
"Operativ Media" xəbər verir ki, mərkəz müdafiəçisi Avropa Liqasının 1/8 finalında “Sportinq”ə (Portuqaliya) qarşı keçirdikləri cavab matçında sağ dizindən zədə almış və qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənmişdi.
Ətraflı müayinələrdən sonra zədəsi ciddi olan 24 yaşlı futbolçunun əməliyyat olunmasına qərar verilib. Londonda əməliyyat olunan futbolçunun bu mövsümü erkən başa vurduğu dəqiqləşib. O, ən yaxşı halda yeni mövsümə hazır olacaq. bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Tomiyasu bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 1 məhsuldar ötürmə də verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net