Menyu

Əli Laricani: Bütün region qaranlığa qərq ola bilər

Operativ Media
Əli Laricani: Bütün region qaranlığa qərq ola bilər

Əli Laricani İranın elektrik infrastrukturuna mümkün hücumla bağlı xəbərdarlıq edib.

Operativ Media xəbər verir ki, o, sosial şəbəkə hesabında bildirib ki, belə bir addım atılarsa, bunun nəticələri bütün region üçün ciddi olacaq.

“Əgər İranın elektrik infrastrukturuna hücum etsələr, bütün region yarım saatdan az bir müddətdə qaranlığa qərq olacaq”, – deyə o qeyd edib.

Laricani bu açıqlamanı Donald Trampın İranın elektrik şəbəkəsini məhv etməklə bağlı hədəsinə münasibət olaraq verib.

“Belə bir qaranlıq təhlükəsizlik üçün qaçan Amerika hərbçilərinin təqibinə şərait yaradacaq”, – deyə o vurğulayıb.


Əlaqəli Xəbərlər