Menyu

Ərbildəki hərbi bazaya PUA hücumu zamanı Fransa hərbçisi ölüb

Operativ Media
Ərbildəki hərbi bazaya PUA hücumu zamanı Fransa hərbçisi ölüb

İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum zamanı Fransa ordusunun bir hərbçisi ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.

"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb", - deyə o əlavə edib.

Fransa prezidenti hücumu qəbuledilməz adlandırıb. O bildirib ki, Fransa qoşunları bölgədə yalnız terrorizmlə mübarizə aparmaq üçündür.

Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər