Menyu

ABŞ təxminən 60 ölkədə ticarət araşdırmalarına başlayıb

Operativ Media
ABŞ təxminən 60 ölkədə ticarət araşdırmalarına başlayıb

Vaşinqton administrasiyası 60-a yaxın dövlətdə məcburi əməkdən istifadə edilməklə istehsal olunmuş malların idxalı ilə bağlı qüvvədə olan normalara dair ticarət araşdırmalarına başlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Ticarət Nümayəndəliyinin martın 12-də dərc olunmuş bəyanatında bildirilir.

Qurumun iddiasına görə, həmin dövlətlərdə məcburi əmək vasitəsilə istehsal olunan malların idxalına qoyulan qadağa ya tətbiq edilmir, ya da ona effektiv şəkildə riayət olunmur. Vaşinqton bu vəziyyətin ABŞ-nin apardığı ticarətə hər hansı mənfi təsirinin olub-olmadığını müəyyən etmək niyyətindədir. Amerika administrasiyası qeyd edir ki, ABŞ-də belə bir qadağa artıq fəaliyyət göstərir.

Sənəddə dəqiqləşdirilir ki, ABŞ rəsmiləri yoxlama aparılacaq bütün dövlətlərlə məsləhətləşmələrin keçirilməsini tələb etməlidir. Araşdırmalar 1974-cü ildə qəbul edilmiş "Ticarət haqqında Qanun"un 301-ci bölməsi əsasında başladılıb. Bu bölmə ABŞ Prezidentinə digər ölkələr tərəfindən milli ticarətə qarşı tətbiq olunan (Amerika tərəfinin rəyinə görə) məhdudiyyətlərə müqavimət göstərmək üçün bütün zəruri tədbirləri görmək səlahiyyəti verir.

Barəsində araşdırma aparılan ölkələrin siyahısına Argentina, Avstraliya, Braziliya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, CAR, Cənubi Koreya və Yaponiya daxildir. Bundan əlavə, siyahıda Avropa İttifaqının da adı qeyd olunub.

Əlaqəli Xəbərlər