Menyu

Times of India: Pakistan Kabil və Qəndəhara hava hücumları həyata keçirib

Operativ Media
Times of India: Pakistan Kabil və Qəndəhara hava hücumları həyata keçirib

Pakistanın Kabilə endirdiyi aviazərbələr nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə "The Times of India" qəzeti Əfqanıstan polisinə istinadən məlumat yayıb.

Əfqanıstan paytaxtı polisinin nümayəndəsi Xalid Zadranın sözlərinə görə, hücumlar zamanı şəhərdəki yaşayış binalarına ziyan dəyib.

Eyni zamanda, "TOLO News" telekanalının məlumatına görə, Qəndəhar, Paktika və Paktia əyalətlərindəki obyektlər də hücuma məruz qalıb. Zərbələr, o cümlədən Qəndəhar hava limanı yaxınlığındakı "Kam Air" aviaşirkətinə məxsus yanacaq anbarına endirilib.

Əfqanıstan hökumətinin nümayəndəsi Zəbihullah Mücahid bombardmanlar nəticəsində mülki şəxslər arasında tələfatın olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər