Menyu

Kanada Arktikada hərbi infrastrukturun gücləndirilməsinə 25,7 milyard dollar xərcləyəcək

Operativ Media
Kanada Arktikada hərbi infrastrukturun gücləndirilməsinə 25,7 milyard dollar xərcləyəcək

Kanada hökuməti ölkənin Arktika regionundakı hərbi obyektlərin modernləşdirilməsi üçün 35 milyard Kanada dolları (25,7 milyard ABŞ dolları) vəsait ayıracaq.

Operativ Media xəbər verir ki, bu haqda "The Globe and Mail" qəzeti məlumat yayıb.

Məlumata əsasən, bu barədə bəyanatı baş nazir Mark Karni Yellounayf şəhərinə (Şimal-Qərb Ərazilərinin Arktika regionu) səfəri zamanı verib. Ayrılan vəsaitin Nunavut, Yukon və Şimal-Qərb Əraziləri regionlarında qabaqcıl hərbi əməliyyat məntəqələrinin, habelə Qus-Beydəki (Nyufaundlend və Labrador əyaləti) Kanada Hərbi Hava Qüvvələrinin operativ yerləşmə bazasının modernləşdirilməsinə xərclənəcəyi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər