Ukrayna və Rumıniya birgə hərbi dronlar istehsal edəcək
Şəfa Hüseynli
Ukrayna Prezidenti Volodimir Zelenski və Rumıniya Prezidenti Nikusor Dan hərbi dronların birgə istehsalı haqqında müqavilə imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə "DPA" məlumat yayıb.
İki ölkə enerji sektorunda da əməkdaşlıq edəcək.
Digər enerji müqaviləsinə Rumıniya ilə Ukraynanın Çernovtsi bölgəsi arasında iki yeni elektrik xəttinin çəkilməsi daxildir. Prezidentlər həmçinin Qara dənizdə neft və qaz hasilatı sahəsində mümkün əməkdaşlıq məsələlərini müzakirə ediblər.