Livan prezidenti İsrailə bir aylıq atəşkəs təklif edib
Livan prezidenti Cozef Aun İsrailə bir aylıq atəşkəs təklif edib və bu müddət ərzində şiə Hizbullah milisinin tərksilah edilməsini təmin edəcəyinə söz verib.
Operativ Media xəbər verir ki, bu barədə "Əşarq əl-Əvsat" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu təklif ABŞ-nin Livandakı səfiri Maykl İssa vasitəsilə İsrail hakimiyyət orqanlarına çatdırılıb. Aun bildirib ki, atəşkəs Livan ordusuna qanunsuz silahlı qruplardan silahların ələ keçirilməsi üçün hökumət tərəfindən təsdiqlənmiş planı həyata keçirməyə imkan verəcək. O, belə bir əməliyyatın hərbi şəraitdə həyata keçirilməsinin mümkün olmadığını vurğulayıb.
Qəzet mənbələrə istinadən yazıb ki, Livan prezidenti dövlət silah inhisarının həyata keçirilməsinin İsrailin quruda, havada və dənizdə hərəkətlərinin artması fonunda başa çatdırıla bilməyəcəyini iddia edib.