Menyu

İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib

Operativ Media
İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib

İran göstərilən həmrəyliyə görə Türkiyəyə təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial mediasındakı paylaşımında bildirib.

"Ramazanın mübarək günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir", - Əraqçi bildirib və əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Əlaqəli Xəbərlər