Menyu

ABŞ hökuməti 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb

Operativ Media
ABŞ hökuməti 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb

ABŞ hökuməti İranın yüksək səviyyəli rəhbər şəxsləri barədə məlumat verənlərə 10 milyon dollara qədər mükafat təklif etdiyini açıqlayıb.

Operativ Media xarici KİV-ə istinadən  xəbər verir ki, mükafat elanını ABŞ Dövlət Departamentinin “Rewards for Justice” (Ədalət üçün Mükafatlar) proqramı yayıb.

Məlumata görə, mükafat xüsusilə İranın yeni Ali rəhbəri kimi təqdim olunan Müctəba Xamenei və onun yaxın çevrəsində yer alan yüksək vəzifəli şəxslər barədə məlumat üçün nəzərdə tutulub. ABŞ tərəfi bu şəxslərin İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə beynəlxalq terror fəaliyyətlərinin planlaşdırılması və idarə olunmasında rol oynadıqlarını iddia edir.

Məlumat axtarılan şəxslər arasında aşağıdakılar da var:

Əli Əsgər Hicazi – Ali rəhbərin ofisinin rəhbərinin müavini

Yəhya Rəhim Səfəvi – hərbi müşavir, general-mayor

Əli Laricani – Ali rəhbərin müşaviri

İsgəndər Mömini – İranın daxili işlər naziri

İsmayıl Xətib – İranın kəşfiyyat və təhlükəsizlik naziri

ABŞ həmçinin adı və şəkli açıqlanmayan İslam İnqilabı Keşikçiləri Korpusunun dörd yüksək rütbəli rəsmisi barədə də məlumat topladığını bildirib. Bunların arasında Müdafiə Şurasının katibi, Ali rəhbərin hərbi ofisinin rəhbəri və Ali rəhbərin müşaviri kimi vəzifələri tutan şəxslərin olduğu qeyd edilir.

ABŞ rəsmiləri bildiriblər ki, təqdim ediləcək məlumat yalnız mükafatla nəticələnməyə bilər. Eyni zamanda məlumat verən şəxsin təhlükəsiz şəkildə başqa ölkəyə köçürülməsi də təmin oluna bilər.

Əlaqəli Xəbərlər