Şimali Koreya Yapon dənizinə 10 ballistik raket atıb
Operativ Media
Şimali Koreya Yapon (Şərq) dənizinə 10 ballistik raket atıb.
Operativ Media xəbər verir ki, bu barədə Seulun Birgə Qərargah Rəisləri Komitəsi məlumat yayıb.
Bildirilir ki, Pxenyanın Cənubi Koreya-ABŞ hərbi təlimləri ilə bağlı xəbərdarlıq etməsindən bir neçə gün sonra baş verib.
Cənubi Koreya ordusunun açıqlamasında deyilir ki, Şimali Koreyanın Sunan bölgəsindən Yapon (Şərq) dənizinə doğru atılan təxminən on ballistik raket aşkar edilib.