Dubay və Manamadakı "Citibank" filiallarına dron hücumları edilib
Şəfa Hüseynli
Amerika maliyyə nəhəngi "Citigroup Inc."ə məxsus beynəlxalq bank olan "Citibank"ın Dubay (Birləşmiş Ərəb Əmirlikləri) və Manama (Bəhreyn) şəhərlərindəki filiallarına dron hücumları edilib.
Operativ Media xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, bankın filial binasında yanğın baş verib.