Menyu

Hizbullah bölmələri Qərbi Qalileyada yaşayış məntəqələrinə hücum edib

Şəfa Hüseynli
Hizbullah bölmələri Qərbi Qalileyada yaşayış məntəqələrinə hücum edib
1 dəq oxu

Livanın Hizbullah şiə təşkilatının döyüşçüləri Qərbi Qalileyada İsrail ordusunun mövqelərinə və yaşayış məntəqələrinə raket və minaatan hücumları həyata keçirib.

Operativ Media xəbər verir ki, bu barədə "Əl-Cədid" televiziyası məlumat yayıb.

Qorin Ayalon və Zarit yəhudi yaşayış məntəqələrindəki hədəflərə zərbələr endirilib.

İslam müqavimət bölmələri İsrail ərazisini 12 dəfə atəşə tutub, o cümlədən sərhəddən 5 km radiusda yerləşən Yuxarı Qalileydəki Kiryat Şmona və Metula şəhərlərini.

Bölmənin kommünikesində Hadera şəhəri yaxınlığındakı Eyn Şemerdəki İsrail hava hücumundan müdafiə bazasına (sərhəddən 60 km) və Safedin şimal-şərqindəki Eyn Zeitimdəki (sərhəddən 20 km) artilleriya alayının yerləşmə ərazisinə hücumlar barədə məlumat verilib.

Əlaqəli Xəbərlər