Somali təhlükəsizlik qüvvələri Əş-Şəbab liderlərini öldürüb
Somali təhlükəsizlik qüvvələri bir sıra əməliyyatlar həyata keçirərək 22 yaraqlını, o cümlədən "Əş-Şəbab" ekstremist qrupunun bir neçə liderini öldürüb.
Operativ Media xəbər verir ki, bu barədə TASS-ın əldə etdiyi Somalinin Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin kommünikesində bildirilir.
Agentliyin əməkdaşları xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində Somalinin mərkəzi hissəsindəki Hiraan və Mudug bölgələrində qrupa qarşı bir sıra zərbələr endiriblər. Öldürülənlər arasında mülki əhaliyə hücumlar planlaşdırmaqdan məsul olan Əl-Şəbab rəhbərliyinin üzvləri də var idi. Ekstremistlərin sığınacaqları və bazaları məhv edilib, çoxlu sayda silah və sursat müsadirə edilib.
Rusiyada qadağan olunmuş Əl-Qaidə terror təşkilatı ilə əlaqəli olan Əl-Şəbab qruplaşması 2004-cü ildə Somalidə yaradılıb. Hazırda onun üzvlərinin sayı 18.000 nəfərdir.