Menyu

Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların vaxtını uzadıb

Operativ Media
Aİ Rusiya vətəndaşlarına qarşı sanksiyaların vaxtını uzadıb

27 Aİ ölkəsi səfirləri 2600-dən çox Rusiya fiziki və hüquqi şəxsinə qarşı sanksiyaların 15 sentyabra qədər uzadılması barədə razılığa gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə "TASS" mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin mənbəsi bildirib ki, qərar qara siyahıdakı heç bir şəxsi istisna etmir. Xüsusilə iş adamı Mixail Fridman, əvvəlcə Aİ Ədalət Məhkəməsindən onun xeyrinə qərar çıxmasına baxmayaraq, hələ də sanksiyalara məruz qalır. 2022-2023-cü illərdə Aİ, Böyük Britaniya, Kanada və ABŞ ona qarşı məhdudiyyətlər tətbiq edib.

Mixail Fridman Britaniyanın sanksiyaları sərtləşdirməsindən sonra İsrailə köçüb, lakin 2023-cü ilin oktyabrında İsrailin HƏMAS-a qarşı əməliyyatı səbəbindən Moskvaya qayıtmalı olub. 2024-cü ilin aprelində Avropa Ədalət Məhkəməsi Fridmana qarşı sanksiyaların ləğvi barədə qərar qəbul etsə də, Aİ rəsmiləri onun qara siyahıda qaldığını açıqlayıblar.

Əlaqəli Xəbərlər