Menyu

İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

Operativ Media
İsveçrənin İrandakı səfirliyinin daha üç əməkdaşı təxliyə olunub

İsveçrənin Tehranda yerləşən səfirliyinin daha 3 əməkdaşı təxliyə olunub.

Operativ Media xəbər verir ki, diplomatlar İran sərhədini keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olublar.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib, sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.

Əlaqəli Xəbərlər