Menyu

Azərbaycan millisi Qazaxıstanı məğlub etdi

Əziz Əzizli
Azərbaycan millisi Qazaxıstanı məğlub etdi
1 dəq oxu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Operativ Media" xəbər verir ki, yığma Bosniya və Herseqovinada keçirdiyi matçda Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın qollarına Ayşən Salamzadə və Aydan Həsənova imza atıblar.

Milli növbəti oyununu martın 25-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.

Əlaqəli Xəbərlər