Menyu

ASCO gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

Operativ Media
ASCO gəmiləri TAPI layihəsi üzrə borudaşıma əməliyyatlarına cəlb olunub

“AZCON Holding” şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) gəmiləri vasitəsilə TAPI (Türkmənistan–Əfqanıstan–Pakistan–Hindistan) qaz kəməri layihəsi üzrə tikinti işləri üçün nəzərdə tutulan boruların daşınmasına başlanılıb.

ASCO-dan Operativ Media-ya bildirilib ki, daşımalar Bakı limanından Türkmənbaşı limanına həyata keçirilir. Prosesdə ASCO-nun “Natavan”, “Rəsul Rza”, “Qaradağ”, “Teymur Əhmədov” və “Maestro Niyazi” universal quru yük gəmiləri iştirak edir.

İlin sonunadək həmin gəmilər vasitəsilə ümumilikdə 11 min 700 ədəd borunun təyinat məntəqəsinə çatdırılması planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər